Berluskoni yenidən xəstəxanaya yerləşdirildi
1-09-2021, 19:45
175

Berluskoni yenidən xəstəxanaya yerləşdirildi

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni yenidən Milanda xəstəxanaya yerləşdirilib.
Bu barədə “Rainews24” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, keçən həftə də Berluskoni eyni klinikayda - "San Raffael"də müayinə edilib.
Bir neçə il əvvəl Berluskoni ağır ürək əməliyyatı keçirib. Son aylarda o, dəfələrlə xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər