Fillə "selfi" çəkmək istəyən şəxs həyatından oldu
1-09-2021, 21:10
206

Fillə "selfi" çəkmək istəyən şəxs həyatından oldu

Zimbabvedə fillə selfi çəkmək istəyən şəxs həyatından olub. 
Kvekve bölgəsində kişi selfi çəkdirmək istəyərkən fil tərəfindən hücuma məruz qalıb.  Belə  ki,  fil kişini  bir neçə metr yerdə sürüyüb.  Daha sonra ayaqlar altında qalan şəxs həyatını itirib.
Hadisə zamanı qurbanın yanında olan dostu, onu xilas etməyə çalışsa da,  buna nail ola  bilməyib. 
Şəxsin fil tərəfindən öldürülməsi Zimbabve Parkları və Vəhşi Təbiət İdarəsi İdarəsi (ZimParks) tərəfindən nəzarətə götürülüb.
 

Oxşar xəbərlər