Paşinyanın deputatları qorxudan cangüdənlə gəzir
2-09-2021, 12:28
135

Paşinyanın deputatları qorxudan cangüdənlə gəzir

Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputatlar təhlükəsizliklərinin təmin edilməsini istəyiblər.
Bu barədə "Past" qəzeti yazıb.
Ermənistan KİV-i qəzeti öz mənbələrinə istinadən yazır: "Son vaxtlar parlamentdə baş verən hadisələr zamanı müxalifətçiləri döymək və təhqir etməkdə digərlərindən daha fəal olan millət vəkilləri, təhlükəsizliyini təmin etmək üçün hüquq -mühafizə orqanlarına müraciət ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları evlərinə qədər müşayiət olunan bu deputatlara cangüdənlər təhkim edib. Hakim rejim öz təhlükəsizliyindən getdikcə daha çox narahatdır, təkcə xüsusi mühafizə olunan şəxslər üçün deyil, digər dövlət məmurları üçün də dövlət büdcəsi hesabına müvafiq tədbirlər həyata keçirir".

Oxşar xəbərlər