Ermənistanda ağır qəza: 25 yaralı
2-09-2021, 13:04
153

Ermənistanda ağır qəza: 25 yaralı

Ermənistanın Ararat vilayətinin Byuravan-Mxçyan yolunda ağır qəza baş verib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
FAV markalı avtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb. Qəza nəticəsində 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İrəvandakı xəstəxanaya yerləşdiriliblər.

Oxşar xəbərlər