Ermənistan ehtiyatda olan hərbçilərini ÇAĞIRDI
2-09-2021, 13:56
249

Ermənistan ehtiyatda olan hərbçilərini ÇAĞIRDI

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı baş tutacaq.
Bu barədə hökumətin iclasında qərar verilib.
Hərbi toplanış sentyabrın 15-də başlayacaq və noyabrın 15-nə qədər davam edəcək. Prosesə 869 vətəndaş, o cümlədən, 576 sıravi, 107 gizir və 186 zabit cəlb olunacaq.
Qeyd edək ki, avqustun 25-dən başlanan hərbi toplanışın noyabrın 25-nə qədər davam etməsi nəzərdə tutulub. 

Oxşar xəbərlər