“Taliban” Əhməd Məsuda yüksək vəzifə təklif etdi – Cavab “yox” oldu
2-09-2021, 14:30
167

“Taliban” Əhməd Məsuda yüksək vəzifə təklif etdi – Cavab “yox” oldu

Pəncşir Vadisində fəaliyyətini sürdürən Əfqanıstan Milli Müqavimət Cəbhəsi ilə “Taliban” arasında danışıqlar uğursuzluqla nəticələnib.
Bu barədə məlumat Əfqanıstan Milli Müqavimət Cəbhəsindən verilib. “Biz (NRF) Əfqanıstanın və Əfqan xalqının əsas problemlərini danışıqlar yolu ilə həll etməyə çalışdıq, qarşı tərəfin (Taliban) isə Əfqanıstan Milli Müqavimət Cəbhəsi liderinin Taliban hökumətində yer alması kimi şəxsi təklifləri vardı. Həmçinin Əhməd Məsudun mülk və varlıqlarının qorunmasını da təklif edirdilər,-deyə qeyd edilib.
Qurumdan saytımıza bildirilib ki, Əhməd Məsud “Taliban”a cavab olaraq şəxsi maraqlar güdmədiklərini və hökumətdə hansısa mövqe axtarmadıqlarını deyib:
“Varlıqlarla əlaqədar olaraq Əhməd Məsud Kabildə şəxsi mülkünün olmadığını söylədi. Çünki onun atasının Kabildə heç bir şəxsi mülkü yox idi, düzdür, böyük ataları Kabildə bəzi şeylər qoyublarlar, amma bu da varislərə aiddir”.
Milli Müqavimət Cəbhəsinin bu cavabından sonra taliblər Pəncşiri mühasirəyə alıb:
“Taliban hər tərəfdən Pəncşiri mühasirəyə aldı və bizi müharibə ilə təhdid etdi. Bəli, yüksək rütbəli Taliban lideri Əmir Xan Mottaqi Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudla telefonda danışdığı zaman onu müharibə ilə hədələyirdi! Müharibə isə təxminən dörd gün əvvəl ən azı iki cəbhədə-Kavak və Panjshir Vadisinin girişində başladı. Bizim isə bu hədələrə cavabımız, “Müdafiə etməyə hazırıq!”,-oldu. Biz Pəncşir naminə yox, Əfqanıstanı Pəncşir adlı bir coğrafiyadan müdafiə etməyə hazırıq! Son dörd gündə Allahın köməkliyi ilə qarşı tərəfə bu problemi müharibə yolu ilə həll edə bilməyəcəklərini sübut etdik. Hər iki cəbhədə Talibanın 350-dən çox adamı öldü, 287 nəfər yaralandı, 35 nəfər  əsir götürüldü. Onların bəzi avadanlıqları və maşınları da məhv edilib”.

Oxşar xəbərlər