Sabah Əfqanıstanın yeni hökuməti elan olunacaq
2-09-2021, 22:13
191

Sabah Əfqanıstanın yeni hökuməti elan olunacaq

Sabah "Taliban" yeni hökumətinin tərkibini elan edəcək.
"Ava" agentliyi xəbər verir ki, bunu qrupun sözçüsü Bilal Kərimi bildirib.
Onun sözlərinə görə, Əfqanıstan ağsaqqalları və siyasi xadimləri ilə məsləhətləşmə prosesinin sona çatıb və yeni hökumətin üzvləri sabah açıqlanacaq.
"Taliban" sözçüsü qeyd edib ki, Heybətullah Axundzadə "Əfqanıstan Əmirliyi"nin rəhbəri, Molla Əbdülqəni Bəradər isə hökumətin icraçı rəhbəri olacaq.

Oxşar xəbərlər