"Sizə 72 saat vaxt veririk. Qarabağa gedən yük maşınlarını dayandırmasanız, İranı yerlə yeksan edəcəyik. İran, başda cənubi azərbaycanlılar olmaqla oradakı xalqların öz müqəddəratlarını təyin etmələrinə imkan ver!"
Kadrlarda danışan "Taliban" mənsubudur.
"Taliban" rəsmilərinin toplantısının əks olunduğu videoda masa arxasına əyləşmiş nüfuzlu taliblər müzakirələr aparırlar.
Və bu zaman kadrarxası səs emosiyaların səviyyəsini daha da artırır: "Biz Xankəndindən erməniləri qovub çıxara bilərik. Niyə axı biz müsəlman sünni qardaşlarımızdan kömək istəmədiniz? Yenə deyirəm, bizim sözlərə heç bir şəkkiniz olmasın. Məgər biz deyildik Birinci Qarabağ Müharibəsində siz Azərbaycana döyüşçü mücahidlərimizi göndərən?!"
Bu video əvvəl İnstagram-da peyda olub, daha sonra digər sosial şəbəkələrdə ildırım sürətilə yayılıb. Videonu, daha doğrusu, videomontajı hazırlayıb yayanın da məqsədi guya "Taliban"ın Azərbaycanı belə "dəstəkləməsi", üstəlik də İranı hədələməsidir.
Videoya baxan kimi şübhələndim, çünki kadrda danışan "Taliban" rəhbərlərindən biri, uzun illər boyu hərəkatın Qətərin paytaxtı Dohanadakı Siyasi Ofisininin liderləri arasında yer alan Şer Məhəmməd Abbas Stanikzaydır.
Stanikzay illərdir ki, "Taliban"ın "baş vasitəçisi və diplomatı" kimi tanınır.
Ensiklopedik biliklərə malik, geniş erudisiyalı, 6 dildə sərbəst danışan Şer Məhəmməd "İrana 72 saat vaxt veririk", "Qarabağa döyüşçü mücahidlər göndərməyə hazırıq" deyəcək qədər diletant, avantürit və yumşaq desək, idiotdurmu?
Sosial şəbəkələrdə yayılan, çoxlu bəyənmə və şərh toplayan bu videomontaj saxtadır.
Saxtakarlıq da çox bəsitcəsinə, primitivliklə edilib və aydındır ki, kadr arxasında danışan adam nə fars, nə dari, nə də puştu dillərini bilir.
Əsla bilmir və üstəlik, "Taliban" barədə ümumiyyətlə, hansısa təsəvvürə malik deyil.
Kadrlar 2019-cu ilin fevralın 5-də, Rusiyanın paytaxtı Moskvada keçirilmiş "Sülhün müzakirəsi üçün əfqanlararası görüş" adlı danışıqlar zamanı çəkilib.
Həmin danışıqlarda Əfqanıstanın o dönəmdəki hakimiyyətinin, "Taliban"ın, Əfqanıstandakı nüfuzlu müxalifət nümayəndələrindən və s. ibarət idi.
Əfqanıstanın 38 nəfərlik siyasi nümayəndə heyətində ölkənin sabiq prezidenti Həmid Kərzay, milli təhlükəsizlik məsələləri üzrə sabiq müşavir Hənif Atmar, sabiq prezidentliyə namizəd Məhəmməd Mohəkkik, sabiq qubernatorlar Məhəmməd İsmayıl Xan və Ətta Məhəmməd Nur, habelə "Taliban" təmsilçiləri vardı.
Primitiv şəkildə montaj edilərək "Taliblərin İranla erməniləri hədələməsi" formatına salınan kadrlarda Şer Məhəmməd Abbas Stanikzay Əfqanıstanda o vaxt Ramazan ayı ilə bağlı atəşkəsin şərtlərinin məhz prezident Əşrəf Qəninin birbaşa göstərişi ilə hərbçilər tərəfindən pozulmasından və bunun yolverilməzliyindən danışır.
Montaj edilmiş videodakı "döyüşçü mücahid", "şəkk" və s. kəlmələr isə, ümumiyyətlə, "Taliban" mənsublarının lüğətində olmayan ifadələrdir.
Göründüyü kimi, bəhs olunan video aşkar feykdir.
Özü də çox primitiv, bəsit bir feyk.
Oxşar xəbərlər
Son Xəbərlər
-
09:00
ŞƏHİD ƏMANƏTLƏRİNƏ TƏŞƏKKÜR SÜFRƏSİ… - Cəlal Qurbanov: “Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır!” / Video, Foto
-
03:10
Cavanşir Qurbanov Prezident tərəfindən təltif edildi-FOTOLAR/VİDEO
-
02:29
Cəlal Qurbanov Novruz bayramı münasibəti ilə Səmayə ananın timsalında bütün Şəhid Analarını təbrik edib
-
14:43
Cəlal Qurbanov- 44 YAŞ
-
18:35
Şəhid əmanətlərinin Novruz tonqalı Şahdağda qalandı
-
18:39
Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır - FAKTİKİ HAVA
-
18:36
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub
-
18:28
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur
-
18:23
Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilir
-
18:12
Azərbaycan Belarusdan taxta-şalban idxal edən ölkələr sırasında ilk üçlükdədir
-
18:09
Nigerdə silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub
-
18:05
Türkiyədə sosial şəbəkələrdə terrorçuların təbliğatını aparan 110 nəfər müəyyən edilib - YENİLƏNİB
-
18:02
BMT-nin helikopteri Afrikada qəzaya uğrayıb
-
18:00
“Moody's”: “Türkiyədə inflyasiya ilin ikinci yarısında yavaşlamağa başlayacaq”
-
17:56
Emre Can ilin ən yaxşısı seçildi
-
17:49
"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub
-
17:44
Tayvan administrasiyasının yeni seçilən başçısı Çinlə dialoq istədiyini bildirib
-
17:39
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edildi
-
17:25
Yaponiyada şüşəsi çatlayan təyyarə məcburi eniş edib
-
17:21
Aygün Bəylər qızına bunları demişdi...
-
17:17
Göygöldə "Mercedes" yandı
-
17:14
Elza Seyidcahanın papağını LAĞA QOYDU - FOTO
-
17:05
İsrail ordusu HƏMAS-ın komanda mərkəzi və qərargahının məhv edildiyini açıqlayıb
-
17:02
Bayden Husiləri terrorçu adlandırdı
-
16:58
Fransada Xan qızına görə etiraz aksiyası keçirilir
-
16:52
Şəkidə iki mərtəbəli evdə yanğın olub
-
16:46
Məzahir Pənahov MSK-nın veb-kameralar quraşdırıldığı 1000 seçki məntəqəsində yanğın təhlükəsizliyi kameralarının olmamasını vacib sayıb
-
16:43
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edilib
-
16:37
Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb
-
16:34
Seçkiqabağı təşviqatın aparılması üçün 22 gün vaxt verildi
-
16:31
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
-
16:27
DYP: "Sürücülərin buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur"
-
16:20
Nyu-York küçələrində görüntüləndi
-
16:13
FIFA Braziliya və Argentinanı cərimələyib
-
16:09
Tramp əsassız məhkəmə iddiası ilə bağlı təzminat verəcək
-
16:06
Anasının yeriyə bilmədiyini deyib ağladı
-
16:02
“Jewish Journal”: “Ermənistanda sinaqoqun yandırılması antisemitizmlə bağlı yeganə əlamət deyil”
-
15:57
Yanvarın 14-16-da yollar buz bağlayacaq - Xəbərdarlıq
-
15:53
"Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək
-
15:50
Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı
-
15:47
İsveç 10 ildən sonra Aİ-nin ən çox məhbusu olan ölkəsinə çevrilə bilər
-
15:43
36 min nəfər serialdan şikayət edib...
-
15:39
Azərbaycanlı məşhurların əsl yaşları - ŞOK OLACAQSINIZ
-
15:33
Cennifer Lopez: "Ərim üçün narahat olmasınlar! O xoşbəxtdir" - FOTO
-
15:30
"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay