Putin uşaqlıq xəyalını açıqladı: "Özüm belə təəccüb edirəm..."
3-09-2021, 20:31
184

Putin uşaqlıq xəyalını açıqladı: "Özüm belə təəccüb edirəm..."

Rusiya Prezidenti Vladimir Putin, yeni tədris ilinin başlaması ilə əlaqədar şagirdlərlə görüşündə uşaqlıq xəyalı barədə danışıb.
Rusiya mətbuatı xəbər verir ki, görüş zamanı məktəblilər Rusiya liderindən uşaqlıq arzusu barədə soruşub. Putin isə cavabında kəşfiyyatçı olmaq istədiyini və bu arzusuna çatdığını deyib:
"Əksər kişilər kimi mən də əvvəl pilot və ya dənizçi olmaq istəyirdim, amma sonra kəşfiyyat agenti olmaq istədim. Sonra bütün həyatımı buna nail olmağa yönəltdim. Mən agent olmaq istəyirdim, ancaq mənim ora qəbul edilməyim çox çətin idi. Bir şəkildə bu alındı. Bəzən özüm belə təəccüb edirəm. Kəşfiyyatçıların əsas amalı vətənə xidmət etməkdir. Mən bu gün də bunu edirəm. Xəyallarımın gerçəkləşdiyini bilirəm".
Qeyd edək ki, Vladimir Putin 1952-ci ildə oktyabr ayında Leninqradda (indiki Sankt -Peterburq)  dünyaya gəlib. Leninqrad Dövlət Universitetində hüquq fakültəsində təhsil alıb. Putin 16 il KQB-nin xarici kəşfiyyat zabiti olaraq çalışıb və polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. 1991 -ci ildə siyasi fəaliyyətə başlamaq üçün istefa verib. 1996-cı ildə Prezident Boris Yeltsin administrasiyasına qoşulmaq üçün Moskvaya köçüb. 1999-cu ilin avqustunda baş nazir təyin edilməzdən əvvəl qısa müddətdə Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru və Təhlükəsizlik Şurasının katibi vəzifələrində çalışıb. Yeltsinin istefasından sonra Putin prezident səlahiyyətlərini icra etməyə başlayıb. Dörd ay sonra prezident seçilərək fəaliyyətə başlayıb. 20 ildən çoxdur Rusiyanı idarə edir.

Oxşar xəbərlər