Türkiyədə peyvənd olunmayan işçilər həftədə bir dəfə test verəcəklər
3-09-2021, 17:51
158

Türkiyədə peyvənd olunmayan işçilər həftədə bir dəfə test verəcəklər

Türkiyədə koronavirusa qarşı yeni qaydalar tətbiq ediləcək.
Türkiyə mətbuatı xəbər verir ki, ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni qaydalar barədə məlumat yayıb. Bildirilib ki, artıq Türkiyədə bütün işəgötürənlər peyvənd olunmayan işçilərini həftədə bir dəfə test etdirmək məcburiyyətindədir. Digər bir qaydaya görə isə bütün bu proses iş yerində mütəmadi olaraq qeydiyyata alınmalıdır.

Oxşar xəbərlər