“Əfqanıstan qida çatışmazlığı ilə üzləşib” - BMT
5-09-2021, 10:31
170

“Əfqanıstan qida çatışmazlığı ilə üzləşib” - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) sentyabrın 13-də İsveçrənin Cenevrə şəhərində Əfqanıstan üçün nazirlər səviyyəsində humanitar konfrans keçirəcək.
Bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.
S.Dujarrik BMT baş katibi Antoniu Quterreşin konfransda iştirak etmək üçün Cenevrəyə gedəcəyini deyib: “BMT-nin Əfqanıstanda humanitar yardım missiyasını davam etdirməsi üçün 1,3 milyard ABŞ dollar məbləğində maliyyə dəstəyinə ehtiyacı var, lakin bu günə qədər həmin maliyyənin yalnız 39 faizi toplanıb”.
BMT rəsmisi Əfqanıstanda 38 milyon insanın humanitar fəlakət riski ilə qarşı-qarşıya olduğunu, hər üç əfqandan birinin qida çatışmazlığı ilə üzləşdiyini deyib: “Problem həllini tapmasa, Əfqanıstanda 5 yaşadək uşaqların yarısının qarşıdakı 12 ay ərzində qidalanmadan əziyyət çəkəcəyi təxmin edilir”.

Oxşar xəbərlər