39 ildir komada olan futbolçu VƏFAT ETDİ
6-09-2021, 15:23
157

39 ildir komada olan futbolçu VƏFAT ETDİ

Fransa millisinin futbolçusu  olan Jean-Pierre Adams vəfat edib. 
73 yaşlı Jean-Pierre Adams 39 il komada olduğu bildirilib. Belə ki, Adams menisküs əməliyyatı zamanı anesteziya səhvindən sonra 17 Mart 1982-ci ildə komaya düşüb.
Həyatı boyunca komada olan futbolçu ara-sıra gözlərini açıb, lakin heç vaxt komadan tam çıxmayıb. 39 il ərzində Adamsın həyat yoldaşı ona qulluq edib.  
Qeyd edək ki,  1972-1976-cı illərdə Fransa Milli Komandasında 22 dəfə oynayan futbolçunun Nimes Universiteti Xəstəxanasında dünyasını dəyişdiyi açıqlanıb. 

Oxşar xəbərlər