Misir 8 xarici və 2 yerli vətəndaşı buna görə edam edəcək
6-09-2021, 15:54
158

Misir 8 xarici və 2 yerli vətəndaşı buna görə edam edəcək

Misir məhkəməsi külli miqdarda narkotik maddələrin qaçaqmalçılığına görə Pakistanın 7 vətəndaşı, 2 misirli və İran vətəndaşı barəsində ölüm hökmü çıxarıb.
Xarici KİV xəbər verir ki, onlar 2019-cu ildə Qırmızı dəniz vasitəsilə Misir ərazisinə 2 ton heroin və 100 kq metanfetamin keçirməyə cəhd göstəriblər. Onların gəmisi sərhədçilər tərəfindən saxlanılıb. Gəminin saxlanc yerindən həmin narkotik maddələr aşkarlanıb. Narkotik maddələrin ümumi dəyəri 160 milyon dollar təşkil edib.
Qeyd edək ki, Çin və İrandan sonra Misir edam hökmlərinin çıxarılmasına görə dünyada üçüncü yerdədir. 2021-ci ilin əvvəlindən Misirdə aralarında qadınlar da olmaqla 51 nəfər edam olunub. Bu hökmün icrası üçün Misirin baş müftisinin fətvası da tələb edilir.

Oxşar xəbərlər