"Taliban": Tələbə qızlara yalnız qadınlar və ya yaşlı kişilər dərs deyə bilər
6-09-2021, 22:04
222

"Taliban": Tələbə qızlara yalnız qadınlar və ya yaşlı kişilər dərs deyə bilər

Əfqanıstanda hakimiyyətə gələn "Taliban" Əfqanıstanın özəl universitetlərində oxuyan qızların təhsil müəssisələrinə getmək qaydalarını müəyyən edən fərman verib.
APA xəbər verir ki, fərmanda, həmçinin" qızların niqab taxması və təhsilin kişi tələbələrdən ayrı keçirilməsi əks olunub.
 
Fərmana görə, qız tələbələrin dərsləri beş dəqiqə əvvəl bitəcək. Yalnız qadınlar tələbə qızlara dərs deməlidir, əgər bu mümkün deyilsə, nüfuza malik yaşlı kişilər də tədrisi həyata keçirə bilərlər.
Qeyd edək ki, Əfqanıstanda özəl universitetlərdə dərslər bu gündən başlayır.

Oxşar xəbərlər