Qırğızıstanda yeni müdafiə naziri təyin olundu
6-09-2021, 21:24
157

Qırğızıstanda yeni müdafiə naziri təyin olundu

Qırğızıstan prezidenti Sadır Japarov müdafiə naziri Taalaybek Omuraliyevi vəzifəsindən azad edib.
Bu barədə ölkə prezidenti müvafiq fərman imzalayıb.
T.Omuraliyevin başqa vəzifəyə keçməsi ilə əlaqədar azad edildiyi bildirilib. Eyni zamanda Baktıbek Bekbolotov ölkənin yeni müdafiə naziri təyin olunub.
Qeyd edək Taalaybek Omuraliyev bu ilin mayında Qırğızıstan müdafiə naziri təyin olunmuşdu.

Oxşar xəbərlər