“Taliban”ı tanımağa tələsmək lazım deyil” - Çavuşoğlu
7-09-2021, 12:07
157

“Taliban”ı tanımağa tələsmək lazım deyil” - Çavuşoğlu

“Taliban”ı Əfqanıstanın legitim hökuməti kimi tanımağa tələsmək lazım deyil”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
“Bu mövzuda tələskənliyə yol vermək olmaz. Bütün dünyaya da tövsiyəmiz budur. Yeni hökumətdə qadınların da təmsil edilməsini arzulayırıq. Şərtlərə və hadisələrin inkişafına görə hərəkət edəcəyik. “Taliban” ölkədə xarici hərbi qüvvə istəmir. Son hadisələrdən sonra biz də dəyərləndirmələrimizi etdik və sülhməramlılarımızı Əfqanıstandan çıxardıq”, - nazir qeyd edib.

Oxşar xəbərlər