Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə başlayır
7-09-2021, 12:15
128

Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə başlayır

Ermənistan ordusunda ehtiyatda olan hərbçilərin təlimləri 15 sentyabr 2021-ci il tarixindən başlayır.  
Bu barədə Ermənistan Müdafiə Nazirliyi  məlumat yayıb. Belə  ki, "Hökumətin yeni qərarı ilə 15 sentyabr 2021-ci il tarixindən 15 dekabr 2021-ci ilədək ehtiyatda olan birinci qrup zabitlərin və ehtiyat işçiləri üçün yeni üç aylıq təlim düşərgələri elan olunur", - deyə  məlumatda qeyd olunub. 
Təlim düşərgələri ehtiyatda olan vətəndaşların hərbi bacarıqlarının artırılması, peşə hazırlığı, ali təhsili olmayan zabitlərdən ehtiyat zabitlərin hazırlanması məqsədi ilə keçirildiyi də  bəyanatda bildirilib. 

Oxşar xəbərlər