ABŞ Kabildən yeni təxliyə uçuşları təşkil edəcək
7-09-2021, 13:54
148

ABŞ Kabildən yeni təxliyə uçuşları təşkil edəcək

"Vaşiqton amerikalılar üçün Kabildən əlavə təxliyyə uçuşları təşkil etmək üzərində çalışır".
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
"Vətəndaşlarımızı və bizimlə əməkdaşlıq edən insanları Əfqanıstandan çıxarmaq kimi böyük işlər görmüşük. İndi Əfqanıstanda qalan vətəndaşlarımız üçün yeni çarter uçuşları təşkil etməklə məşğuluq. Bu istiqamətdə qeyri-hökumət təşkilatları, Konqres və digər hökumət qurumları ilə iş aparılr”, - Blinken əlavə edib.
Xatırladaq ki, Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" xarici qüvvələrə evakuasiya üçün avqustun 31-dək vaxt vermişdi.

Oxşar xəbərlər