İctimai nəqliyyatın fəaliyyəti 13 sentyabrda tam bərpa ediləcək - Gürcüstanda
7-09-2021, 20:03
172

İctimai nəqliyyatın fəaliyyəti 13 sentyabrda tam bərpa ediləcək - Gürcüstanda

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.
 "Sputnik Gürcüstan" xəbər verir ki, paytaxt Tbilisi və Gürcüstanın digər böyük şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti sentyabrın 13-ü bərpa olunacaq.
Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılmasına qarşı mübarizə aparmaq məqsədilə avqustun 14-dən sentyabrın 4-nə qədər ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Daha sonradan bu qərar sentyabrın 13-nə kimi uzadılıb.

Oxşar xəbərlər