Rusiyalı nazirin ölümünün təfərrüatları MƏLUM OLDU
8-09-2021, 15:43
158

Rusiyalı nazirin ölümünün təfərrüatları MƏLUM OLDU

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümünün təfərrüatları məlum olub.
Nazir Norilsk şəhərində təlimlərin çəkilişini həyata keçirən operatoru xilas edərkən həyatını itirib.
Qeyd edək ki, Y.Ziniçev arktik zonanın fövqəladə hallardan müdafiəsi ilə bağlı qurumlararası təlimlərində iştirak edib.
Çəkilişi həyata keçirərkən suya düşən operatoru xilas etməyə cəhd edən nazir sərt şəkildə daşa çırpılıb və aldığı kəllə-beyin travması nəticəsində həlak olub.
Qeyd olunur ki, həmin operator da həyatını itirib.
Xatırladaq ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə fövqəladə hallar naziri təyin olunmuşdu.

Oxşar xəbərlər