Kim Çen İn buna görə məhkəməyə verildi
8-09-2021, 20:22
229

Kim Çen İn buna görə məhkəməyə verildi

Yaponiyada yaşayan bir neçə koreyalı Şimali Koreya lideri Kim Çen İni məhkəməyə verib.
"Kyodo" xəbər verir ki, buna səbəb Kim Çen İnin "Yer üzündə cənnət" vəd edən köçürmə proqramına qoşulduqdan sonra onların Şimali Koreyada insan haqlarının pozulmasıdır.
Əlbəttə ki, Şimali Koreya lideri Kim Çen İnin 14 oktyabrda keçiriləcək məhkəmə iclasına gəlməsi gözlənilmir. Lakin hakimin onu çağırma qərarı xarici liderə suveren toxunulmazlıq verilmədiyi nadir bir haldır.
Köçürülmə proqramı çərçivəsində zərər çəkdiklərini söyləyən koreyalılardan hər biri 100 milyon yuan (900 min dollar) təzminat tələb edirlər.
Qeyd edək ki, Yaponiyada yaşayan 93 minə yaxın etnik koreyalı və ailələri daha yaxşı həyat üçün bir neçə il əvvəl Şimali Koreyaya köçüblər.

Oxşar xəbərlər