Əfqan qadınlara idman qadağan edildi
9-09-2021, 10:47
136

Əfqan qadınlara idman qadağan edildi

Əfqanıstanlı qadınlar xarici görünüşlərinin şəriət qanunlarına uyğun gəlmədiyi idman növləri ilə məşğul ola bilməzlər.
Bu sözləri “Taliban” hərəkatının mədəniyyət məsələləri üzrə komissiya rəhbərinin müavini Əhmədullah Vasik Avstraliyanın “CBS” telekanalına müsahibəsində söyləyib:
“Biz kütləvi informasiya vasitələri dövründə yaşayırıq, bu zaman idmanla məşğul olan qadınların şəkil və videogörüntüləri yayılacaq, daha sonra insanlar da bunu izləyə biləcək. İslam və Əfqanıstan İslam Əmirliyi qadınların kriket oynamasına və ya bədənlərinin bəzi hissələrinin görünə biləcəyi idmanla məşğul olmağa icazə vermir”.

Oxşar xəbərlər