Bu ölkədə vaksinasiya yaşı beşə endirildi
9-09-2021, 11:07
141

Bu ölkədə vaksinasiya yaşı beşə endirildi

Slovakiyada 5 yaşdan 11 yaşa qədər uşaqlara koronavirus peyvəndinin vurulmasının vacib olduğu açıqlanıb.  
Bu barədə ölkənin səhiyyə  nazirliyi  məlumat paylaşıb. Belə ki, Slovakiyada könüllü olaraq hazırlanan Covid-19 peyvəndi üçün 5 yaşdan yuxarı uşaqlar üçün valideynlərin, pediatrın və ya mütəxəssis həkimin razılığının alınacağı bildirilib. 
Ölkədə koronavirus peyvəndinin üçüncü dozası üçün hazırlıqlara başladığı da qeyd edilib.  Koronavirus peyvəndinin iki dozasından sonra 8 ay keçən insanların üçüncü dozaya sahib ola biləcəyi, üçüncü dozanın prioritet qrupuna tibb işçiləri, xroniki xəstəlikləri olanlar, müəllimlər və qocalar daxildir.
Qeyd edək ki,  Slovakiyada pandemiyanın başlanmasından bəri  12 min 553 nəfər virus səbəbiylə ölüb. 

Oxşar xəbərlər