Kolumbiyada partlayış: - 1 ölü, 4 yaralı
10-09-2021, 10:12
139

Kolumbiyada partlayış: - 1 ölü, 4 yaralı

Kolumbiyanın şimalında partlayış törədilib.
"RİA Novosti" xəbər verir ki, bu barədə ölkənin milli polisinin rəhbəri, general Xose Luis Varqas Valensiya özünün "Twitter"dəki səhifəsində bildirib.
O, qeyd edib ki, hadisə Kukuta-El-Eskobal magistral yolunda qeydə alınıb. Polis patrulunun hərəkət etdiyi yolda törədilən partlayış nəticəsində 1 qadın həlak olub, daha 4 nəfər yaralanıb. Bildirilib ki, yaralananlar arasında yol polisinin 2 əməkdaşı da var. 
Polis rəhbəri hadisəni pisləyib. Partlayışda əli olanların axtarışına başlanılıb.
 

Oxşar xəbərlər