Türkiyədə faciə baş verib
10-09-2021, 13:12
146

Türkiyədə faciə baş verib

Qardaş ölkədə xeyli sayda insanın həlak olması ilə nəticələnən hadisə baş verib.

Türkiyədə bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

7News.Az bu ölkənin mediasına istinadən xəbər verir ki, hadisə Kırıkkaledə baş verib.  İki avtomobilin toqquşması nəticəsində 4 nəfər həlak olub, daha 2 nəfər ağır xəsarət alıb.  Hadisə yerinə jandarm, polis və təcili tibbi yardım cəlb edilib.  Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.  Qəzanın başvermə səbəbləri açıqlanmır.  Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər