Suriyada zirehli avtomobil partladıldı, rus əsgəri öldü
10-09-2021, 13:14
144

Suriyada zirehli avtomobil partladıldı, rus əsgəri öldü

Suriyanın Homs əyalətində zirehli avtomobilin partladılması nəticəsində bir rus əsgəri ölüb.

Bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, partlayış cümə axşamı "Rusiya hərbi polisi tərəfindən humanitar konvoyun marşrutunun kəşfiyyatı zamanı" baş verib.

"Partlayış nəticəsində avtomobildə gedən bir rus hərbçisi ağır bədən xəsarətləri alıb, göstərilən tibbi yardımlara baxmayaraq ölüb", - hərbi idarədən bildiriblər.

Rusiya Müdafiə Nazirliyindən əlavə edilib ki, mərhumun ailəsinə bütün lazımi kömək və dəstək veriləcək.

Oxşar xəbərlər