Pakistan "Taliban"la bağlı iddiaları rədd etdi
10-09-2021, 14:35
149

Pakistan "Taliban"la bağlı iddiaları rədd etdi

Pakistanın Pəncşirdə gedən döyüşlərdə "Taliban"a dəstək iddiaları əsassızdır.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hindistan mediasının bəzi yalan xəbərləri ifşa edildi. Bu iddialar Pakistanı pisləmək və beynəlxalq ictimaiyyəti aldatmaq üçün cəhddir", - açıqlamada bildirilib.
Qeyd edək ki, Hindistanın “Deyli Pioner” nəşri Pakistan Hərbi Hava Qüvvələri və quru qoşunları bölmələrinin "Taliban"a Pəncşiri ələ keçirməkdə kömək etməsilə bağlı məlumat yaymışdı.

Oxşar xəbərlər