Putin Fövqəladə Hallar naziri Ziniçevlə belə vidalaşdı - VİDEO
10-09-2021, 14:55
165

Putin Fövqəladə Hallar naziri Ziniçevlə belə vidalaşdı - VİDEO

Rusiya Federasiyası Prezidenti Vladimir Putin Fövqəladə Hallar naziri Yevgeni Ziniçevin yas mərasiminə qatılıb.
"RİA Novosti" xəbər verir ki, mərasim Moskvada Milli Böhran İdarəetmə Mərkəzində keçirilib.
Mərhumu son mənzilə yola salmağa gələnlər arasında Rusiyanın dövlət başçısı ilə yanaşı, bir sıra ictimai dövlət xadimləri, o cümlədən siyasətçilər də iştirak ediblər.
Mərasim zamanı ən çox diqqət çəkən məqam Putinin Ziniçevin tabutu üzərinə başını qoyaraq ağlaması olub. Prezidentin bu görüntüləri bir çox sosial şəbəklərdə paylaşılaraq rezonans doğurub.
Qeyd edək ki, Ziniçev Norilskdəki təlim zamanı rejissor Aleksandr Melniki xilas etməyə çalışarkən vəfat edib. 55 yaşlı məmur 2018-ci ildən nazir postunu tutub. 2020-ci ildə ordu generalı rütbəsinə layiq görülüb.







Oxşar xəbərlər