Paşinyanın deputatları Qarabağ komissiyasının yaradılması əleyhinə oldu
10-09-2021, 15:09
159

Paşinyanın deputatları Qarabağ komissiyasının yaradılması əleyhinə oldu

Ermənistan parlamentində Dağlıq Qarabağ üzrə komissiyanın yaradılması təklifi qəbul olunmayıb.
"Aysor" xəbər verir ki, Milli Məclisin Dövlət və hüquq məsələləri daimi komissiyası daxilində "Ermənistan" fraksiyasının təqdim etdiyi "Artsax (Qarabağ) məsələləri üzrə daimi parlament komissiyasının yaradılması haqqında" layihəsi səsvermədən keçməyib.
"Vətəndaş Müqaviləsi" fraksiyasının 7 deputatı layihənin əleyhinə, 4 müxalifətçi isə lehinə səs verib.

Oxşar xəbərlər