“Taliban” musiqiyə qarşı, alətləri dağıtdılar - FOTOlar
10-09-2021, 15:31
167

“Taliban” musiqiyə qarşı, alətləri dağıtdılar - FOTOlar

"Taliban"ın Əfqanıstana nəzarəti ələ keçirməsindən sonra ölkəyə bir sıra yeni qaydalar da gətirildi. Hərəkatın yaraqlıları ilk olaraq küçələrdə qadın siması olan bütün reklamları, gözəllik salonlarının şəkillərini qara boya ilə gizlətdilər. Qadınlar cəmiyyət arasında üzü də daxil olmaqla tam qapanmalı, işləməməli, oxumamalıdır.

Qafqazinfo xəbər verir ki, musiqi və incəsənət də yeni qaydalardan yan keçə bilməyib. Musiqinin İslam qaydalarına zidd və haram olduğunu bəyan edən "Taliban" yaraqlıları ölkədə musiqini qadağan edəcəklərini elə ilk gündən elan etmişdilər. Onlar  İslam qayda-qanunları ilə bağlı mövqelərinə xəyanət etdikləri üçün musiqiçiləri və sənətçiləri hədəf alıb. Hərəkat nümayəndələri bununla yetinməyərək musiqi alətlərini də dağıdırlar.

Belə ki, sosial şəbəkələrdə "talibançılar"ın Kabilin Milli Musiqi İnstitutunda musiqi alətlərini dağıtmasının görüntüləri yayılıb. Əfqanıstanın Polşadakı səfiri Tahir Qadiri sözügedən musiqi alətlərinin məhv edilməsini tənqid edib.

"Bu gün bir zamanlar qadınlara məxsus "Zöhrə orkestrı" öldü. Bu gün Əfqanıstanda musiqinin öldüyü gündür", - deyə səfir bildirib.

Bununla yanaşı, britaniyalı jurnalist Jerome Starkey də, həmçinin dağıdılmış musiqi alətlərinin fotolarını paylaşıb və Kabildə səsyazma studiyalarında iki böyük pianonun dağıdıldığını bildirib.


Oxşar xəbərlər