Fransada helikopter qəzası: 1 Ölən var (VİDEO)
13-09-2021, 10:21
156

Fransada helikopter qəzası: 1 Ölən var (VİDEO)

Fransada 5 ekipajı olan bir mülki təhlükəsizlik vertolyotunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb. 
Fransada 5 nəfəri daşıyan "EC145" mülki təhlükəsizlik vertolyotu yerli vaxtla 16:30-da Villard-de-Lans şəhəri yaxınlığında qəzaya uğrayıb. Daxili işlər naziri Gerald Darmanın sosial media hesabında paylaşdığı ilkin məlumatlara görə, ölən 1 nəfərin  mülki təhlükəsizlik texniki olduğu məlum olub. 
Fransa prezidenti Emmanuel Makron da sosial media hesabında başsağlığı mesajı paylaşıb: 
"Vətəndaş təhlükəsizliyi qəhrəmanlarından birini itirdik, yaxınlarının dərdinə şərikik".
Qalan ekipaj üzvlərinin sağlıq durumu və qəzanın səbəbləri hələ ki, məlum deyil. 

 

Oxşar xəbərlər