Almaniyada axtarışda olan azərbaycanlı Fransada saxlanıldı
13-09-2021, 13:25
137

Almaniyada axtarışda olan azərbaycanlı Fransada saxlanıldı

Bu ilin yanvar ayından Almaniyada axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı Fransada saxlanılıb.
Əslən Masallı rayonundan olan, 35 yaşlı Samir İbişov Fransada qaldığı qaçqın yataqxanasında tutulub.
Azərbaycan vətəndaşının saxlanılmasına səbəb onun Almaniyada polis tərəfindən axtarışa verilməsidir.
Məlum olub ki, 2020-ci ilin dekabr ayında Almaniyanın Koblenz şəhərində 38 yaşlı Almaniya vətəndaşına bıçaqla xəsarət yetirən S.İbişov ölkəni tərk edib.
Daha sonra o, Fransada Marsel şəhəri Miqrasiya İdarəsində başqa adla qeydiyyata düşüb. Nəhayət, ötən gün Azərbaycan vətəndaşı Avropa Polis Təşkilatı (Europol) tərəfindən saxlanılaraq Almaniya hüquq mühafizə orqanlarına təhvil verilib. (modern.az)

Oxşar xəbərlər