1 terabayt yaddaşı olan yeni "iPhone" təqdim ediləcək
13-09-2021, 15:27
154

1 terabayt yaddaşı olan yeni "iPhone" təqdim ediləcək

Amerikanın "Apple" şirkəti 1 terabaylıq yaddaşı olan ilk "iPhone"u təqdim edəcək.
Bu barədə "İnsider" məlumat yayıb. Analitik Min Çi Kuonun sözlərinə görə, söhbət "iPhone" 13 Pro və "iPhone" 13 Pro Max modellərindən gedir.
Xatırladaq ki, bundan öncə Min Çi Kuo "Apple"nın yeni "iPhone" 13-ünün peyk dəstəyi ala biləcəyini bildirmişdi.
Qeyd edək ki, dünyanın ən məşhur elektron cihazlar və proqram istehsalçısı olan "Apple", sentyabrın 14-də yeni məhsulunun rəsmi təqdimatını keçirəcək.

Oxşar xəbərlər