Ukraynalı turistlər Türkiyədə qəzaya düşdülər - 1 ölü, 35 yaralı
13-09-2021, 15:30
159

Ukraynalı turistlər Türkiyədə qəzaya düşdülər - 1 ölü, 35 yaralı

Türkiyənin Muğla vilayətində ağır yol qəzası baş verib.
"Qafqazinfo”nun "Hürriyet”ə istinadən məlumatına görə, Bodrumdan yola çıxan və içərisində ukraynalı turistlərin olduğu avtobus Muğla-Denizli avtomobil yolunda şagirdlər üçün nəzərdə tutulan xidmət avtobusu ilə toqquşub.
 
Nəticədə, avtobusun sürücüsü hadisə yerində dünyasını dəyişib. Bununla yanaşı, 35 nəfərin yaralandığı bildirilir.
 
 



Oxşar xəbərlər