Kabil aeroportuna ilk kommersiya uçuşu həyata keçirildi
13-09-2021, 15:46
161

Kabil aeroportuna ilk kommersiya uçuşu həyata keçirildi

ABŞ Silahlı Qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra Kabilə ilk kommersiya reysi həyata keçirilib.
Bu barədə məlumatı "AFP” yayıb. Bildirilir ki, "Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra ilk dəfə reallaşan kommersiya reysi "Pakistan İnternational Airlines” aviaşirkəti tərəfindən həyata keçirilib.

Qeyd olunur ki, İslamabad şəhərindən havaya qalxan təyyarə bu gün Kabil hava limanında yerə enib.

Agentliyin məlumatına görə, təyyarənin göyərtəsində təqribən 10 nəfər olub. Ekipaj üzvlərinin sərnişinlərdən daha çox olduğu güman edilir.

Oxşar xəbərlər