Vurulan peyvəndi zəli ilə çıxartmaq istədi
14-09-2021, 11:32
432

Vurulan peyvəndi zəli ilə çıxartmaq istədi

Türkiyədə  hər kəsin təəccübünə  səbəb olan hadisə baş verib. 
Hər yerdə COVİD-19 pasportu tələb edildikdən sonra vətəndaşlar kütləvi  vaksinasiyaya üz tutublar. Lakin peyvənddən imtina edənlər  və vurdurmayanlar var.  Belə  ki,  Türkiyə  hökumətinin koronavirusla bağlı yeni  qərarlarına əsasən, pasportu olan şəxslərin vaksin olunub-olunmaması  elektron qaydada da yoxlanılacaq. 
Bundan sonra  insanlar  vaksin olunmağa başlayıblar. Maraqlısı budur ki,  türk vətəndaşlarından biri vaksin  vurdurduqdan sonra özü ilə gətirdiyi bankadan zəli çıxardıb.  O, zəlini iynə  vurulan nahiyəyə qoyaraq,  dozanı  çıxartmağa  çalışıb.  Həmin anları  görən tibb  bacıları  şəxsə  nə etdiyini sualın  verdikdə,  o,  "Bədənimi zərəli  maddədən  təmizləyirəm",- deyə  cavab verib.  Həkim nəzarəti altına alınan  şəxsə ikinci  dəfə  birinci  doza vurulub. 

Oxşar xəbərlər