Bil Qeytsdən pandemiya barədə qorxulu açıqlama
15-09-2021, 20:21
160

Bil Qeytsdən pandemiya barədə qorxulu açıqlama

"Növbəti pandemiya indikindən on qat daha pis olacaq, bununla belə bəşəriyyət buna hazırlaşmaq üçün kifayət qədər səy göstərmir".
Bunu milyarder filantrop, Microsoftun qurucusu Bil Qeyts deyib.
Onun sözlərinə görə, dünyanın yaxınlaşan epidemiyaya hazır olmasının şərti ən qısa müddətdə vaksin hazırlaya bilməkdir.
 
"Bu problemin yeganə mümkün həlli 100 gün ərzində bütün dünya üçün kifayət qədər dozada peyvənd istehsal edə biləcək fabriklərə sahib olmaqdır. Bu, həlli mümkün məsələdir”, - deyə Qeyts vurğulayıb.
Bununla belə, o, gələcək pandemiya ilə mübarizəyə lazım olduğundan daha az diqqət yetirildiyini vurğulayıb.

Oxşar xəbərlər