"WhatsApp"a yeni funksiya gəlir
16-09-2021, 23:44
14

"WhatsApp"a yeni funksiya gəlir

“WhatsApp” mağazaların və xidmətlərin tapılması funksiyasını test edir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu messencerin icraçı direktoru Uill Ketkart deyib.

“Yaxınlıqdakı müəssisələr” adı verilən funksiya “Android” smartfonlarının istifadəçiləri üçün əlçatandır. Hazırda testləşdirmə yalnız Braziliyanın San-Paulu şəhərini əhatə edir. Lakin yaxın gələcəkdə tətbiqdə mağazaların axtarışı dünyanın digər ölkələrində də mümkün olacaq.
Messenger əmin edir ki, yeni funksiya tam məxfiliyi nəzərdə tutur. Belə ki, tətbiq istifadəçilərin yerini və ya funksiya vasitəsilə baxdığı şirkətlər haqqında şəxsi məlumatları izləməyəcək.

Oxşar xəbərlər