Ərdoğan ABŞ-a səfər edəcək - Tarix və səbəb açıqlandı
17-09-2021, 16:23
159

Ərdoğan ABŞ-a səfər edəcək - Tarix və səbəb açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da ABŞ-a səfər edəcək.
"HaberTürk" xəbər verir ki, bunu Ərdoğan ABŞ səfəri ilə bağlı sualı cavablandırarkən özü deyib. 
Bildirilib ki, o, 19-22 sentyabr tarixində keçiriləcək BMT-nin Baş Assambleyasına qoşulacaq. 
"Nəsib olarsa, bazar günü (sentyabrın 19-u) ABŞ-dayıq.  Bazar ertəsi günü  Nyu-Yorkda BMT Bas Assambleyasının iclasına qatılacağıq. Həmin gün BMT binası qarşısında tikilən 36 mərtəbəli "Türk Evi"nin açılışında iştirak edəcəyik"- deyə Türkiyə Cümhuriyyətinin Prezidenti  qeyd edib.

Oxşar xəbərlər