Gürcüstanda koronavirusa yoluxan əkizlər ölüb
20-09-2021, 22:00
159

Gürcüstanda koronavirusa yoluxan əkizlər ölüb

Gürcüstanın Kutaisi şəhərində koronavirus diaqnozlu əkiz uşaqlar vəfat edib.

Onlar bir aya yaxındır özəl klinikanın intensiv terapiya şöbəsində müalicə olunurdular.

Körpələr avqustun 20-də 28 həftədə qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər.

Qeyd edək ki, uşaqların anası 47 yaşlı qadın sentyabrın 1-də COVID-19-dan ölüb. O, 10 il ərzində ana olmağa çalışırdı.

Oxşar xəbərlər