Dünya
21-09-2021, 10:45
143
Daha bir ölkədə COVID-19-un “Eta” ştamı AŞKARLANDI
Qazaxıstanda COVID-19-un “Eta” ştamı (“Nigeriya” ştamı) aşkarlanıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Aleksey Soy məlumat verib.
O bildirib ki, yeni ştamın klinik əlamətləri “Alpha” və “Beta” ştamlarının əlamətləri ilə eynidir. Belə ki, “Eta” ştamına yoluxanlarda da yüksək temperatur, öskürək, iybilmə və dadbilmə qabiliyyətinin itirilməsi, xəstəliyin ağır keçməsi kimi hallar müşahidə olunur.