Dünya
23-09-2021, 10:20
208
Rusiyada radarlardan itən təyyarədən XƏBƏR VAR
Rusiyanın Xabarovsk şəhərində dünən radarlardan itən "An-26" təyyarəsinin qalıqları tapılıb.
"RİA Novosti" xəbər verir ki, təyyarənin qalıqlarının bir hissəsi "Spartak" dağ-xizək bazasının ərazisində aşkarlanıb.
Qeyd edək ki, dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk şəhərinə – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.
Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.
Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə hələ ki, heç bir məlumat almaq mümkün olmayıb.
İlkin ehtimala görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub.