Dünya
24-09-2021, 11:09
157
Bir aylıq körpəyə səhvən koronavirus peyvəndi vuruldu
Efirdə körpələrin səhvən peyvənd edildiyini deyən türkiyəli professor Zafer Kurugöl sərt tənqidlərlə üzləşib.
Qınaqlardan sonra yeni açıqlama verən həkim bu səhvin yalnız bir dəfə edildiyini və hadisə barədə körpənin ailəsinə məlumat çatdırıldığını deyib.
Onun sözlərinə görə, təxminən 3 ay əvvəl İzmirdə ailə 1 aylıq körpəyə Hepatit-B peyvəndi əvəzinə səhvən “BioNTech” COVİD-19 peyvəndi vurulmasından sonra həkimləri şikayət edib.
Həkim bildirib ki, körpəyə səhv peyvənd vurulduğu məlum olduqdan sonra ailə dərhal xəstəxanaya çağrılıb:
"Uşaq dərhal xəstəxanaya çağrıldı. Mütəmadi olaraq həkim nəzarətində oldu. Peyvənddən sonra uşaqda qalıcı xəstəliyin yaranıb-yaranmayacağı isə sual altındadır. Peşəsini düzgün yerinə yetirməyən tibb işçisi haqda cinayət işi başladılıb”.