İran və ermənistanlı nazirlər Gorus-Qafan yolunu müzakirə etdi
24-09-2021, 19:02
168

İran və ermənistanlı nazirlər Gorus-Qafan yolunu müzakirə etdi

Dünən Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında iştirak edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmirabdullahianla görüşüb.
Xarici işlər nazirləri İrandan Ermənistana tranzitin çətinliklərini və onların aradan qaldırılması yollarını müzakirə ediblər.
Mirzoyan iranlı həmkarına Gorus-Qafan yolu və Şimal-Cənub magistralına alternativ yolun tikintisi barədə məlumat verib. Tərəflər, xüsusilə, enerji sahəsində Ermənistan-İran əməkdaşlığının daha da dərinləşdirilməsi imkanlarına toxunublar.

Oxşar xəbərlər