“Paşinyana növbəti silləni Ərdoğan vurdu” – Erməni nəşri
25-09-2021, 11:52
154

“Paşinyana növbəti silləni Ərdoğan vurdu” – Erməni nəşri

“Azərbaycan Prezidentinin müharibə zamanı əldə etdiyi qənimətlərdən sonra Bakıda keçirilən hərbi paradda bu texnikaların nümayişini hamımızı bilirik. Onun Şuşaya səfəri zamanı "ermənilər hər şeyi satmağa hazırdır" ifadələrindən də erməni xalqı narazı qalıb. O, azərbaycanlı tanınmış şəxslərin büstlərini də Şuşaya gətirib və oraya qoydurdu”.
Bu sözləri "Hraparak" qəzeti yazıb.
Erməni nəşri qeyd edib:
"Azərbaycan Prezidenti, həmçinin, yeni növ silah və hərbi texnika almaq üçün Rusiyaya müraciət etdiyini və bu istiqamətdə Rusiya ilə əməkdaşlığın inkişaf edəcəyini bildirib. Aydın bir mətnlə Rusiya Prezidenti ilə nəinki çox etibarlı əlaqələrə və qarşılıqlı hörmətə sahib olduqlarını, həm də məqsədlərin tamamilə üst-üstə düşdüyünü söyləyib.
Əliyevdən daha bir diqqətəlayiq və təsadüfi olmayan qeyd. O bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələri 44 günlük müharibədə öz xüsusi və peşəkar əməliyyatları ilə həlledici rol oynayıb. Bu isə dövlətimizə yaxın olan müxtəlif qrupların, ən əsas da Ermənistanın alçalması deməkdir.
Yeri gəlmişkən, bu açıqlamadan bir gün sonra MTN rəhbəri Armen Qriqoryan Ermənistanın heç bir şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb. Türkiyə tərəfi isə onlarla münasibətlərin normallaşması üçün Azərbaycanla münasibətlərin bərpasını şərt olaraq qarşımıza qoyur.
Yeri gəlmişkən, Ərdoğan Nikol Paşinyana bir daha sillə vurdu: "Əvvəlcə Ərdoğan Gürcüstan Baş naziri vasitəsi ilə Nikol Paşinyanla görüşmək təklifini açıqladı".

Oxşar xəbərlər