Yeni qərar: Peyvənd olunmayan məmurların maaşı kəsiləcək
28-09-2021, 22:59
149

Yeni qərar: Peyvənd olunmayan məmurların maaşı kəsiləcək

Zimbabve hökuməti məmurları yeni növ koronavirusa (Kovid-19) qarşı peyvənd etməyi məcbur edən qanun qəbul etdi.
Ölkədəki bütün məmurlar oktyabrın 15-dək iki dozada peyvənd olunmalıdırlar.
Peyvənd olunmayanlar ofislərə daxil ola və maaş ala bilməyəcəklər. Peyvənd olunmamaq üçün əsaslı səbəbləri olanlara 31 dekabr tarixinə qədər icazə veriləcək.
Zimbabvedə hökuməti daha əvvəl də dövlət qulluqçularına ya peyvənd, ya da istefa təklifi edib.
Qeyd edək ki, Zimbabvedə 3 milyon insana ilk doza vurulub, 2.2 milyon insan isə peyvəndini tamamlayıb. Yoluxanların sayı 130 minə yaxınlaşdığı ölkədə həyatını itirənlərin sayı 4 min 600-ü keçib.

Oxşar xəbərlər