Keçmiş müdafiə naziri Tonoyan azadlığa buraxıldı - Erməni KİV
30-09-2021, 10:10
155

Keçmiş müdafiə naziri Tonoyan azadlığa buraxıldı - Erməni KİV

Xəbər verdiyimiz kimi, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın müdafiə naziri olmuş David Tonayan saxlanılıb. 
Dünən saxlanılan keçmiş müdafiə naziri David Tonoyan heç yerə getməməsi şərti ilə bu  gün  azadlığa buraxılıb. Bu barədə Hraparak.am nəşri  məlumat yayıb. 
 
Belə ki, nəşrin məlumatına görə, David Tonoyan Ermənistanın Müdafiə Nazirliyi tərəfindən 5 milyon dollar dəyərində yararsız raketlərin alınması ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılmışdı. 
Qeyd edək ki, dünən keçmiş müdafiə nazirinin evində güc strukturları tərəfindən axtarış aparılıb. Bunun ardınca isə ona qarşı ittiham irəli sürülərək saxlanılıb.

Oxşar xəbərlər