Ermənistanda yoluxma sayı kəskin artdı
30-09-2021, 11:38
163

Ermənistanda yoluxma sayı kəskin artdı

Ermənistanda son gündə koronavirusa 1022 yeni yoluxma qeydə alınıb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda 261.697 nəfər koronavirusa yoluxub.
Hazırda 13.328 nəfər müalicə olunur, 241.841 nəfər sağalıb, son gündə 20 nəfər olmaqla, 5.319 xəstə ölüb.
Daha 1 nəfər digər xəstəliklər ucbatından vəfat edib.
Belə halların ümumi sayı 1.209-dur.
Beləliklə, ölənlərin ümumi sayı 6528-ə çatıb.

Oxşar xəbərlər