Çində iş adamı icazəsiz Həcc ziyarətinə getdiyi üçün edam olunub
30-09-2021, 12:18
167

Çində iş adamı icazəsiz Həcc ziyarətinə getdiyi üçün edam olunub

Çinin şimal-qərbində, Sincan-Uyğur Muxtar vilayətində Uyğur iş adamı və xeyriyyəçi Həcc ziyarətinə getdiyi üçün edam olunub.
Bu barədə “Azad Asiya” radiosu məlumat yayıb.
Bildirilir ki, Abdulqapar Abdulrusul adlı şəxs icazəsiz Həcc ziyarətinə gedib. Bu səbəbdən onu mühakimə ediblər.
Abdulqaparın qardaşı Abdusattar mətbuata açıqlamasında qeyd edib ki, qardaşı iyul, yaxud avqust ayında saxlanılıb. Onu Səudiyyə Ərəbistanına, Həcc ziyarətinə icazəsiz getdiyi üçün saxlayıblar.
Qeyd edək ki, Çin Xalq Respublikasının qanunlarına görə, Həcc ziyarətinə yalnız dövlət xətti ilə icazə aldıqdan sonra getmək mümkündür. 
“Mən eşitmişdim ki, qardaşıma ölüm hökmü çıxarılıb. Hətta məhkəmədə ona vəkil də verməyiblər”, - deyə Abdusattar Abdulrusul bildirib.
Bildirilir ki, edam olunan 42 yaşlı Abdulqapar Abdulrusul evli olub və 4 uşaq atasıdır. Onun mağazaları və ticarət obyektləri olub. Müxtəlif vaxtlarda xeyriyyəçiliklə məşğul olduğu bildirilir.

Oxşar xəbərlər