“Bəs niyə Paşinyan da həbs olunmur?” – Erməni nəşri
30-09-2021, 15:18
360

“Bəs niyə Paşinyan da həbs olunmur?” – Erməni nəşri

“Bütün cəmiyyətlər əvvəlcə ədaləti, sonra isə əsl ədaləti tələb edir. Bu, yəqin ki, özünümüdafiə və digər instinktlərlə əlaqəlidir. İbtidai insanlar qəbilədə ədalət bərqərar etmək, günahkarları cəzalandırmaq üçün öz aralarında ən müdrik və doğru olan kəsləri seçirdi. Saleh insanları, ədalətli hakimləri təyin edə bilən tayfalar getdikscə çiçəkləndi və inkişaf etdi. Uğursuz olanlar isə ədalətsizlik bataqlığında batdılar".
Bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri mövzunu belə davam etdirib:
“Hələ çox yüksək bir şüur səviyyəsinə çatmamış bir cəmiyyət olaraq, varlığımız üçün ən yaxşı şəraiti təmin edəcək ədalətli hakimləri tapmamışıq və qəbiləmizdə əsl ədalət qurmamışıq. Günahsız olsun, ya olmasın düşmənlərimiz cəzalandırılanda sevinirik. Günahkar olub-olmamasından asılı olmayaraq, yaxınlarımız cəzalandırılanda isə kədərlənirik.
Bir neçə gün əvvəl Ermənistan MTX, dövlətin silah tədarükü prosesində sui-istifadə və mənimsəmə şübhəsi ilə bağlı yeni bir hesabat yayımlayıb:
Məhkəmələrin, hakimiyyətin siyasi rəqiblərini cəzalandırmağa başlamasına dair heç bir şübhə yoxdur. Bir tərəfdən, bu silsilə həbslərin ictimaiyyətin ədalət tələbini yerinə yetirdiklərini göstərmək üçün edirlər. Digər tərəfdən, iddianamənin tarixi və hadisələrin izahı onu göstərir ki, 2011-ci ildən etibarən guya ordu qarət edilir. Bununla da onlar 2020-ci il müharibəsindəki məğlubiyyətin səbəbini belə göstərərək, insanları aldatmağa çalışırlar. Cinayətkarlar qismində isə Nikol Paşinyan deyil, David Tonoyan, Onik Qasparyan və digər yeni “lənətlənmişlərin” adı sadalanır”.
Xatırladaq ki, “Patron David” ləqəbli eks-nazir 4,7 milyon dollar məbləğində mənimsəmədə ittiham olunur.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlama yayıb.

Oxşar xəbərlər